Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

POLŞADA TƏHSİLİNİ SAXLAYIB, UKRAYNADA SAVAŞA QATILAN AZƏRBAYCANLI… – Ən ağır döyüşlərdə iştirak edir (FOTOLAR)

138 Baxış

O, İkinci Qarabağ Müharibəsinin ilk günlərindən könüllü kimi döyüşlərdə iştirak üçün bir neçə dəfə hərbi komissarlığa, hərbi səfərbərlik şöbəsinə müraciət edib. Lakin qeydiyyata götürsələr də, hər dəfə “get, lazım olanda çağıracağıq” deyiblər. Ancaq çağırmayıblar.

Belə görünür ki, Qarabağ uğrunda zəfər müharibəsində iştirak etmək ona nəsib deyilmiş. Ancaq qismətində Azərbaycan üçün məsafə baxımından uzaq, lakin azadlıq, müstəqillik ruhu, eləcə də mənəviyyat və tale baxımından yaxın, oxşar olan Ukraynada savaşmaq varmış…

Məmmədov Həsən Anar oğlu. 17 mart 1994-cü il tarixində Naxçıvan şəhərində anadan olan Həsən 8 nömrəli məktəbi bitirib. İki ali təhsili var. Təhsilini Polşadakı ali təhsil müəssisələrinin birində magistr səviyyəsində davam etdirir…

Həsən Məmmədov Ukraynanın işğalçıya qarşı apardığı haqq savaşında iştirak edən həmvətənlərimizdən biridir. Ukraynada müharibə başlayan ilk günlərdən Polşanın Ukrayna ilə sərhədinə gələrək, könüllü kimi ukraynalı qaçqınların qəbulunda, ərzaq və yaşayış yeri ilə təminatında və s. yaxından iştirak edib. Qaçqın düşərgələrində könüllü olaraq çalışıb və əlindən gələn köməkliyi göstərib. Lakin bununla işini bitmiş hesab etməyib, özünü ön cəbhəyə, Ukraynanın apardığı mücadilənin ən qaynar nöqtələrinə atıb. İlk günlər paytaxt Kiyevin müdafiəsinin təşkilində iştirak edən Həsən, daha sonra könüllü birliklərin tərkibində Kiyev ətrafında gedən döyüşlərdə, xüsusilə də ən ağır vəziyyətin olduğu İrpen və Buça şəhərlərindəki döyüşlərdə iştirak edib. Bir çox əhəmiyyətli əməliyyatlara qatılıb. Martın 17-də 28 yaşı tamam olan Həsən ad gününü də səngərdə, döyüşlərdə keçirib…

O, bu gün də Ukrayna müdafiəçilərinin sırasındadır və digər çoxsaylı həmvətənlərimiz kimi, bu azadlıqsevər, döyüşkən ruhlu, ən əsası isə haqlı tərəf olan və öz vətənini müdafiə edən xalqın qəti qələbəsinə qədər savaşda iştirak etmək əzmindədir. Deməli, bu haqq savaşının qalibi həm də o və onun kimi Azərbaycanın adını uca tutan digər qeyrətli oğullarımız olacaq!


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678