Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xocalı soyqırımı zamanı azərbaycanlıları təxliyə etmiş pilot dünyasını dəyişib

121 Baxış
Xocalı soyqırımı zamanı azərbaycanlıları təxliyə etmiş ukraynalı pilot Leonid Kravets dünyasını dəyişib.

Turanmedia.az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov feysbuk hesabında yazıb.

“Bir saat öncə çox ağır və üzücü xəbər aldım. Əziz dostum Leonid Kraveç uzun sürən xəstəlikdən sonra gözlərini əbədi olaraq yumdu.

Xocalı qətliamının dəhşətlərinin Azərbaycan tərəfindən videolentə alınmasında, Xocalıdan mülki əhalinin təxliyə olunmasında müstəsna rolu olan qəhrəman pilot Leonid Kraveçin Qarabağ həqiqətlərinin dünyaya yayılmasında böyük rolu oldu və buna görə də biz hər zaman Leonid Markoviçə minnətdar olacağıq”, – o yazıb.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678