Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanlı tələbənin ölümü ilə bağlı Polşa Baş Prokurorluğuna məktub göndərilib

156 Baxış

Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Polşada müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı Müşfiq İsmayılovun ermənilər tərəfindən öldürülərək meyitinin meşədə asılması barədə informasiyalar yayılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, baş vermiş hadisənin təfərrüatlarının müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Polşa Respublikasının Baş Prokurorluğuna rəsmi məktub göndərilməklə araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması və nəticəsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi xahiş olunub.

Araşdırmanın yekunu barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678