Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda lift qəzaları niyə artır? – Ekspert danışır

550 Baxış

Ötən gün Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən çoxmərtəbəli binada liftin zərbə ilə şaxtaya çırpılması nəticəsində orada olan 4 qadın və 2 azyaşlının ağır xəsarətlər alması ilə bağlı məlumat vermişdik. Bədbəxt hadisədən sonra yaşayış və qeyri-yaşayış obyektlərində quraşdırılan liftlərdə təhlükəsizlik qaydaları yenidən gündəmə gəlib.

Lift qəzaları niyə artır?

Turanmedia.az xəbər verir ki, Məsələ ilə bağlı AMİA.az-a açıqlama verən əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev bildirib ki, liftdə nasazlıq olduqda, ondan düzgün istifadə edilmədikdə və s. hallarda qəza hadisələri baş verə bilər.

Azərbaycanda yaşayış binalarında liftlərə dair tələblər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Baş verən bədbəxt hadisələrin müxtəlif səbəbləri var. Liftlərdə qaldırıcı mexanizmlərdən əlavə, tutucular quraşdırılırır. Kabinənin enmə sürəti normadan artıq olduqda, tutucu işə düşərək kabinəni saxlayır. Yəni, normal liftlərdə qaldırıcı kanatlar qırılsa belə, kabinənin çalaya düşməsi və içərisində olan şərnişinlərin zədələnmə ehtimalı çox aşağı olur. Ümumiyyətlə liftin sahibi lazımi xidmət və təmir işlərini təşkil etməyə borcludur. Xüsusi lisenziyası olan lift servisləri ilə müqavilə bağlanmalı, liftin texniki sazlığına və təhlükəsiz istismarına cavabdeh şəxslər təyin olunmalıdır. Liftin texniki vəziyyətinin müəyyənləşdirmək məqsədilə texniki diaqnostika aparılır. Texniki diaqnostikaya tam, dövrü və qismən növlü yoxlamalar daxildir. Liftdə məsul şəxslər tərəfindən hər ay aparılan yoxlamalar aktlaşdırılır.

İldə bir dəfədən az olmayaraq FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin iştirakı ilə liftlərə baxış keçirilir, təhlükəsizlik standartlarına və hüquqi-normativ aktların tələblərinə cavab verdiyi halda fəaliyyətinə davam etməsinə icazə verilir. Pozuntular aşkar olunduqda liftin fəaliyyəti dayandılılır. Yoxlamalar “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının (02 noyabr 1999-cu il №733-İQ) Qanununa əsasən “Liftlərin quruluşu və təhlükəsiz istismarı qaydaları”na (1971-ci il nəşr) və “Digər qaldırıcı qurğuların quruluşu və təhlükəsiz istismarı qaydaları”na əsasən aparılır.

Ekspert qeyd edib ki, liftin daxilində davranış qaydaları və fövqəladə hallar zamanı əlaqə saxlamaq üçün nömrələr olan lövhələr asılmalıdır. Davranış qaydalarında liftin daşıya biləcəyi maksimal çəki və ya adam sayı mütləq göstərilməlidir ki, normadan artıq yüklənmə olmasın. Bütün təhlükəsizlik tədbirləri kompleks aparılmalıdır, yalnız belə olduğu halda, bədbəxt hadisələrin qarşısını almaq mümkündür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678