Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Laçında ermənilərin “silahlı xaçkar”ı götürüldü

111 Baxış
Laçında yolun üzərində ermənilərə məxsus xaçkar götürülüb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Gorus Tudey” Feysbuk səhifəsi video yayıb.

Məlumata görə, xaçkar Azərbaycanın Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun inşasına maneə törətdiyi üçün götürülüb.

Azərbaycan inşaatçılarının xalkarı zədələmədən, əl ilə götürüb, bir kənara qoyması da diqqət çəkib. Baxmayaraq ki, bu xaçkarın heç bir tarixiliyi yoxdur və işğal illərində yolun üstünə yerləşdirilib.

Xüsusilə vurğulanmalıdır ki, bu xaçkarın üzərində tüfəng işləməsi var. Bu isə xaça da, İsa peyğəmbərə də ermənilərin necə münasibət göstərdiyinin əyani sübutudur.

Ermənilər hər zaman xaç adı ilə alver edib, qətliamlar törədiblər.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678