Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Yavuz” haubitsalarını alacaq ilk ölkə bəlli olub

97 Baxış
Türkiyənin “MKE AŞ” müdafiə şirkəti tərəfindən istehsal olunan ən yeni “Yavuz” özüyeriyən haubitsalarını alan ilk ölkə Malayziya olacaq.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə razılıq Malayziyanın Baş naziri İsmayıl Səbri Yakubun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı əldə edilib.

Lüləsinin uzunluğu 52 mm olan “Yavuz” özüyeriyən haubitsaları 155 mm çaplı sursatdan istifadə edir.

Türkiyə istehsalı olan yeni haubitsa NATO standartlarına uyğunluq üzrə bütün sınaqlardan uğurla keçib.

Haubitsanın döyüş vəziyyətinə gətirilməsi maksimum 1 dəqiqə, yerinin dəyişdirilməsi isə 2 dəqiqə çəkir. Atəş sürəti – 40 km-ə qədər məsafədədir. “Yavuz” özüyeriyən haubitsalarının ekipajı 5 nəfərdən ibarətdir. Maksimal sürət saatda 90 km-dir.

Haubitsalar üç növ sursatdan istifadə edə bilər.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678