Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İcra başçısı sakinlərin problemlərinə dair sahə rəhbərlərinə tapşırıqlar verdi

107 Baxış
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinləri üçün növbəti səyyar qəbul keçirib. Qəbul Yasamal rayonunda yerləşən fizika-riyaziyyat və informatika təmayüllü liseyin akt zalında baş tutub.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, səyyar qəbulu giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, sakinlərlə görüş Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq keçirilir. İcra başçısı qeyd edib ki, səyyar qəbulun məqsədi vətəndaşlarla birbaşa təmas yaradıb onları narahat edən problemləri operativ həll etməkdir. Qəbulda Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Yasamal Bələdiyyəsinin, habelə təsərrüfat və xidmət sahələrinin vəzifəli şəxsləri də iştirak edib.

Qəbulda iştirak edən Yasamal rayonu sakinləri qəzalı evlərin söküntüsü, məhəllədaxili yolların asfaltlanması, qurumuş agacların budanması, kabel xəttlərinin dəyişdirilməsi zamanı zədələnmiş asfalt örtüyünün təzələnməsi, mərkəzi istilik sisteminin bərpası, qanunsuz küçə ticarətinə qarşı tədbirlər və bir sıra sosial məsələlər qaldırıb. İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin asfatlanma, budanma, küçə ticarətinə qarşı ölçülər ilə bağlı rayonunun təsərrüfat və xidmət sahələrinin məsul şəxsərinə konkret tapşırıqlar verib. Tapşırıqların icrası ilə baglı müddət müəyyən olunub.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678