Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Lənkəran icra başçısının müavinindən işdən çıxarılmasına REAKSİYA -“Dövlətimə nə deyim?”

104 Baxış

Xəbər verildiyi kimi, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı və V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi təsdiqləndi və faktla bağlı cinayət işi açıldı.

Digər məlumatlara görə Rasilə Əliyeva icra başçısının müavini vəzifəsindən də kənarlaşdırılıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, icra başçısının xanım müavini Bizim.Media-ya açıqlamasında növbəti dəfə faktı təkzib edib və barəsində cinayət işi açılmasına görə dövləti tənqid edib:

“Mənə aid olmayan məsələdə müqəssir kimi tutuluramsa, dövlətimə nə deyim? Etmədiyim bir şeydən ötrü barəmdə necə cinayət işi açıla bilər? Mən o işi eləməmişəm. Ümumiyyətlə, mənə niyə sual verirsiz. Sizə məlumat lazımdır, gedin yazın da…İşimin başında olub-olmamağımın sizə nə aidiyyəti var?”, – deyə Rasilə Əliyeva danışığı yarımçıq qoyub.

Qeyd edək ki, Baş Prokurorluğun araşdırması zamanı müəyyən edilib ki, Rasilə Arifqızı 14 iyul 2022-ci il tarixdə saat 09 radələrində qeyd edilən təhsil müəssisəsinin şagirdini öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib.

Sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan məktəblinin iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb.

Şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678