Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Zəngilandan çıxanda körpə balalar aparmışdım, indi körpə nəvələr gətirmişəm…” – Video

111 Baxış

Xəbər verdiyimiz kimi, işğaldan azad olunan ərazilərə – Zəngilana ilk qayıdış baş tutub. Belə ki, ötən gün 58 nəfərdən ibarət 10 ailə Ağalı kəndinə köçürülüb.

Ağalıya qayıdış edən sakinlərdən biri də Rahilə Almuradovadır. 4 övlad anası olan Rahilə xanım deyir ki, buradan çıxanda 35 yaşı olub. Doğma yurdundan körpə övladları ilə ağlayaraq çıxan Almuradova indi gülə-gülə, böyük xoşbəxtlik hissi və nəvələri ilə birlikdə qayıtdığını bildirir.

Turanmedia.az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşları da bu xüsusi gündə həmin ailələrlə birgə olub, onların sevincini lentə alıblar. Həmin videoreportajı təqdim edirik:

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678