Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezident: “Azərbaycan-Misir münasibətləri inkişaf edəcək və genişlənəcək”

97 Baxış

“Bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edən ölkələrimiz arasındakı əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə Misirin milli bayramı – İnqilab Günü münasibətilə ünvanladığı məktubda bildirilib.

“İnanıram ki, Azərbaycan-Misir ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə bundan sonra da birgə səylərimizlə inkişaf edəcək və genişlənəcək”, – Azərbaycan dövlət başçısı qeyd edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678