Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dəmir yolu vağzalında 23 min manatlıq oğurluq

98 Baxış

Bakı Dəmir yolu vağzalının yaxınlığında paytaxt sakini E.Umudova zor tətbiq olunaraq çantası oğurlanıb.

Turanmedia.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, vətəndaşa zor tətbiq edən şəxsin içərisində 5500 manat və 10.200 ABŞ dolları (ümumilikdə 23 min manata yaxın) olan çantasını soyğunçuluq yolu ilə talayıb qaçması barədə “102”-ə məlumat daxil olub.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən Neftçala şəhər sakini A.Əkbərov müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Nəqliyyatda Baş Polis İdarəsində araşdırma aparılır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678