Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kadr islahatları real nəticələr verməkdədir – Aydın Hüseynov

103 Baxış

“Azərbaycan uzun mübarizələrdən sonra bərpa etdiyi müstəqillik dövründə ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş verib. Ölkəmiz Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi 1993-cü ildən başlayaraq həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bütün siyasi və iqtisadi böhranlar aradan qalxıb, demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı istiqamətində çox önəmli layihələr gerçəkləşdirilib.

Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib, iqtisadiyyatın dinamik inkişafının əsası qoyulub”.

Turanmedia.az xəbər verir ki, bunu”Ölkə.Az”a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, sahibkarlığı inkişaf etdirməklə, investisiyalar cəlb etməklə, müasir texnologiyalar tətbiq etməklə və qabaqcıl idarəetmə təcrübəsindən yararlanmaqla Azərbaycan iqtisadi qüdrətini artırıb: “Əlbəttə bütün bunlar vətəndaş məmnunluğu üçündür. Bütün bu işlərin həyata keçirilməsində dövlətin resursları, imkanları kifayət edir. Azərbaycan bütün layihələri özü, müstəqil dövlət olaraq həyata keçirir, kimdənsə asılı deyil. Məhz bu səbəbdən Azərbaycan yeganə ölkələrdəndir ki, müstəqil və balanslaşdırılmış siyasət yürüdə bilir. Yəni görülən işlər də, həyata keçirilən iri infrastruktur layihələri də, sosial problemlərin həlli ilə bağlı atılan hər addımda məqsəd insanların rahatlığını, təhlükəsizliyini, iqtisadiyyatının davamlılığını təmin etmək üçündür. Genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirib və 44 günlük Vətən müharibəsində parlaq qələbəmizi təmin edib. Bu gün işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir”.

Deputat qeyd edib ki, bütün bu işlərin görülməsində, regionlarda infrastruktur layihələrin yerinə yetirilməsində kadr potensialı, peşəkarlıq, öz işinin öhdəsindən gəlmək bacarığı, qarşıya qoyulan tapşırıqları qüsursuz həyata keçirə bilmək qabiliyyəti önəm kəsb edir: “Dövlət başçısının korrupsiyaya və məmur özbaşınalığına qarşı mübarizəsi xalq tərəfindən dəstəklənir. Həyata keçirilən kadr islahatları cəmiyyət tərəfindən daim müsbət qarşılanır ki, bu da ölkə rəhbərinə olan etimadı daha da artırır. Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxış və nitqlərində idarəetmədəki, məmur-vətəndaş münasibətlərindəki nöqsanları aşkar şəkildə bəyan edir və bundan çıxış yollarını göstərir. Nəticədə, Bakı ilə yanaşı, regionlarda da dinamik inkişaf müşahidə edilir. Prezidentin səfərləri zamanı da görürük ki, ölkənin bütün bölgələrində görülən işlər qənaətbəxşdir, lazım olan işlərin görülməsində problemlər azalıb. Dövlətimiz şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında vətəndaşların problemlərinin həllini prioritet olaraq göstərir və onun həll olunmasına çalışır. Prezidentin müvafiq sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. Bu günə kimi bu kateqoriyaya aid olan 13 mindən çox şəxs mənzil və ya fərdi evlərlə təmin edilib. Qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də çox mühüm addımlar atılır”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678