Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ağalıda polis sahə məntəqəsi yaradıldı – Fotolar

98 Baxış

İyulun 19-dan başlanaraq Zəngilanın Ağalı sakinlərinin 30 illik həsrətinə son qoyuldu. Mərhələli şəkildə Ağalı sakinləri doğma yurd yerlərinə qayıtdılar.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, asayişin, təhlükəsizliyin, hüquq qaydalarının qorunması üçün kənddə Zəngilan rayon Polis Şöbəsinin müasir tipli Polis sahə məntəqəsi fəaliyyətə başlayıb. Hazırda yeni məntəqədə xidməti vəzifələrin icrası üçün hər cür zəruri şərait yaradılıb, əməkdaşlar müasir texniki və xüsusi avadanlıqla təchiz olunublar.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678