Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda həbsdə olan erməni diversant xəstəxanaya yerləşdirildi

122 Baxış

Erməni diversant Bakı xəstəxanalarından birinə yerləşdirilib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan Facebook səhifəsində yazıb.

Müharibə bitən gün, noyabrın 10-da saxlanılan və terrorçuluqda ittiham olunaraq 20 il müddətinə azadlıqdan məhrum edilən diversant Viqen Eulcekyan dünən Bakıdakı Avrasiya xəstəxanasına yerləşdirilib.

“Viqenin səhhətində ciddi problemlər var. Və erməni əsirlər artıq heç kimi maraqlandırmadığı üçün ümidimiz Livan hökumətinədir. Maral Nacaryanı xilas etdiyi kimi, öz vətəndaşının xilası ilə məşğul olacaq”, – deyə o yazıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678