Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əlləri azərbaycanlıların qanına bulaşmış Vadim Bakatin ölüb

102 Baxış

SSRİ DTK-nın 84 yaşlı sonuncu sədri Vadim Bakatin vəfat edib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK ) sonuncu sədri, 84 yaşlı Vadim Bakatin Moskvada vəfat edib.

Bu barədə bazar ertəsi, avqustun 1-də NTV Telegram kanalı məlumat yayıb.

Partiya lideri Troekurovski qəbiristanlığında dəfn olunacaq.

1983-cü ildə Bakatin Sov.İKP Mərkəzi Komitəsinin inspektoru, 1988-ci ildə SSRİ prezidenti Mixail Qorbaçovun sərəncamı ilə daxili işlər naziri postunu tutub. 1991-ci ildə Bakatin RSFSR-də prezident seçkilərində namizədlərdən biri olub.

Bakatinin dövründə DTK bir neçə müstəqil xüsusi xidmət orqanına bölünsə də, lakin özü bunun əleyhinə olub.

Onu da qeyd edək ki, Bakatin 1990-ci il 20 yanvar hadisələrində Bakıya yerilən qoşunlara rəhbərlik edən şəxslərdən biri olub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678