Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Snayper həddi” müsabiqəsinin püşkatma mərasimi keçirilib

87 Baxış

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsinin birinci mərhələsinin püşkatma mərasimi olub.

Turanmedia.az xəbər verir ki, bu barədə “Ölkə.az”a Müdafiə Nazirliyindən məlumat verilib.

İştirakçı ölkələrin nümayəndə heyətləri və rəhbərlərinin, hakimlər komissiyasının üzvlərinin iştirak etdiyi mərasimdə müsabiqənin birinci mərhələ və onun epizodlarının icra olunması üzrə ardıcıllıq müəyyənləşdirilib, komandalar mərhələ üzrə qruplara bölünüblər.

“Snayper həddi” müsabiqəsi avqustun 27-dək davam edəcək.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678