Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Erkən nikahlara görə müəllim və direktorlar məsuliyyət daşıyırmı?- Nazir danışdı

97 Baxış

“Erkən nikahlarla bağlı burada yalnız müəllim və məktəb direktorunun müdaxilə etməsi imkanları çox məhduddur”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, bu hallar çox vaxt 9-cu sinifdən sonra baş verir.

“Erkən nikahların kökü və əsas səbəbini məktəbdə görmürəm. Düşünürəm ki, əsas məsələ məktəb deyil.

Əgər məktəb direktoru birbaşa olaraq kiminsə erkən nikaha girməsinə səbəb olursa, birbaşa onu cəzalandıra bilərəm. Qanunvericilikdə direktorun erkən nikaha mane olması ilə bağlı isə öhdəlik yoxdur”.

Nazir əlavə edib ki, erkən nikahlarla bağlı məsələ ailəvi məsələlərlə və cəmiyyətlə bağlıdır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678