Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Asan Login sisteminə kiber hücum olub – AÇIQLAMA

116 Baxış

MİDA-nın bu gün keçirilməli olan onlayn satışı yenidən baş tutmadı. Asan Login sisteminə kiber hücum olub.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, səlahiyyətli qurumların nümayəndələri satışa qısa müddət qalmış Asan Login sistemində problemlərin müşahidə olunduğunu açıqlayıb:

“İstifadəçilər Asan Login vasitəsilə eGov-a giriş edə bilməyiblər. Belə olan halda isə məlum olub ki, istifadəçilərin bir hissəsi sistemdə olduğu halda digərləri daxil olmaqda çətinlik çəkirlər. eGov-a cavabdeh qurumlar Asan Login və eGov sistemlərinə hədsiz çox sorğular olmasını müəyyən edib. Satışadək aparılan testlərə görə bu sorğular məhdud çərçivədə olmalı idi”.

Ekspert bildirib ki, sistemə olan çoxsaylı sorğuları Asan Login rəsmiləri təhdid, kənar müdaxilə olaraq dəyərləndiriblər: “Qısası, güman etmək olar ki, Asan Login sisteminə kiber hücum olub.
Bunu nəzərə alaraq rəsmilər bu gün üçün nəzərdə tutulan satışı keçirməyi məqsədəuyğun hesab etməyiblər. Yəni, bu dəfə problem MİDA sistemində deyil, Asan Login sistemində olub”, – deyə O. Gündüz qeyd edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678