Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ƏRLİ QADIN EVDARLIĞINDA QALSA, DAHA DA HÖRMƏTLİ VƏ ƏDƏBLİ OLAR

203 Baxış

ƏRLİ QADIN EVDARLIĞINDA QALSA, DAHA DA HÖRMƏTLİ VƏ ƏDƏBLİ OLAR

Azərbaycan həm türk, həm şərq və həm də ki müsəlman ölkəsidir. Dünya xalqları ədəb-ərkanın, tərbiyənin nə olduğunu bizlərdən öyrənib. Çünki, əcdadlarımız biz övladlara elə bir müqəddəs miras qoyub getmişdir ki, həmin mirasın adı tərbiyədir. Daha doğrusu, milli tərbiyə, milli ədəb. Bu, çox xalqlarda yoxdur. Biz buna görə Uca Allah-Təalaya(c.c) hər bir zaman sonsuz şükürlər etməliyik! Bu, biz Azərbaycan türklərinin bütün millətlərdən seçilən xüsusi bir özəlliyidir.

Azərbaycan xanımının milli tarixi, parlaq keçmişi vardır. Biz bunları milli şəxsiyyət vəsiqəmiz olan “Kitabi-Dədə Qorqud” dastanından öyrənmişik və fəxr etmişik! Oğuz qadınları kişilərdən seçilməmiş, onlar kimi yaraqlanıb-yasaqlanıb at belində qılınc ilə düşmən üzərinə yerimiş, öz bəylərinin, yəni ki, ərlərinin qeyrətini və namusunu qoruyub mühafizə etmişdirlər. Əgər bir Oğuz igidi savaşa getsəydi, onun sevgilisi və ya nişanlısı həmin igidi 3 il, həyat yoldaşları isə o igidi bir ömür boyu gözləyərmişlər. Yəni ki, əsil Azərbaycan xanımları məhz sırf belə olmuşdurlar.

Yaxşı, bəs nə üçün indiki dövrdə bu cür əxlaqı görə, qadının kişiyə olan qayğısının şahidi ola bilmirik?! Mən həmişə fikirləşmişəm və mənə qəribə gəlib. Özüm özümə sual vermişəm ki, axı bu, necə olur? Yəni ki, sevgilisi, nişanlısı və ya əri olan bir qızın “Facebook”, “Instagram”, “Twitter”, “Skype” və “Odnoklassniki” kimi müxtəlif cür sosial şəbəkələrdə nə kimi işi ola bilər? Çoxu da həmin sosial şəbəkələrdə elə şəxsi şəkillər paylaşır ki, adam məəttəl qalır. Deyirsən ki, belə qızların da, onların ərlərinin də başına kül olsun! Tutaq ki, bu qızların başı xarabdır, bəs onların ərləri hara baxır? O sosial şəbəkələrdə cürbəcür şəkillər paylaşan ərli qızlar öz ərlərinin papağını yerə soxurlar. O şəkillərə çox kişi baxır. Sizcə, bu, ayıb deyilmi?

Həmin qadınlar 200 il əvvəl belə qələtlər edə bilməzdilər. Heç şəkk-şübhəsiz ki, əgər etsəydilər, hər tikələri qulaqları boyda olardı. Çünki, 200 il əvvəl elə kişilər olub ki, indikilər onların heç hambalı belə, ola bilməz. Təbii ki, bu sadaladıqlarımı hamıya aid etmirəm. Nə də olsa, heç olmasa, bir-iki faiz namuslu bəy və xanım var.

Çox əxlaqsız bir zəmanəyə gəlib çıxdıq. Daha əvvəllərdə qadın nə idi, çölə çıxdı nə idi. İndi isə, hər şey əksinə dəyişilib. Qadınlar ərlərini saymır. Əgər bir qadın öz ərinin yanında mazaqlaşmaq üçün şor gözləri ikinci bir erkək axtarırsa, tüpürələr o qadına və onun dırnaqarası ərinə! Belə şeylər bizim mentalitetə aid ola bilməz! Belə eybəcər səhnələr bizə aid ola bilməz!

Üzr istəyirəm, bu ifadəmə görə, hər şeyini itirmiş, qeyrətdən və namusdan olduqca çox kasıb olan elə qadınlar və qızlar vardır ki, belə deyirlər: “İnsan dünyaya bir dəfə gəlir, gərək, elə istədiyi kimi də yaşasın!” Yəni ki, belə bir fikrin sahibi olan qızlardan və qadınlardan daha nə əxlaq gözləmək olar? Bunların dediyindən belə çıxır ki, deməli, ərli qadın əri ola-ola başqa bir erkəyi sevə, üzr istəyirəm, hətta fahişəlik də edə bilər. Niyə görə? Nə var-nə var, “Çünki, o qadın və ya qız dünyaya bir dəfə gəlir”… Belə düşüncəni, belə dünyagörüşünü söyməyəsən də, daha neyləyəsən?!

Onun üçün də camaatın təmiz oğlanları belə mərdimazar qızları öldürüb zindanlarda məhv olurlar. Ya da ki, boşanır, uşaqlar da bədbəxt olur. Heç kim inciməsin, ancaq qadın və qız kimi ev yıxan ikinci bir şeytani varlıq heç yerdə yoxdur, vallah! Allahın yıxmadığı evi qadın və qız yıxır.

Belə şeyləri gördükdən sonra adam sevməyə də, evlənməyə də qorxur. İndiki dövrdə təmiz, halal, əxlaqlı, namuslu qız tapmaq olduqca çox çətin və ciddi bir məsələdir. Sanki, samanlıqda iynə axtarırsan.

Oğlanın pisi yoxdur, amma qızın pisi var. Lap oğlanın pisi olsa da belə, yenə bunun baiskarı məhz qızdır! Çünki, qız özü oğlanı pis edir və xeyirsiz yollara sövq edir. Qız yaxşı və xeyirli olandan sonra oğlana zaval yoxdur. Yazıq oğlanları bədbəxt edirlər, sonra da onları pisləyirlər.

O xeyirsiz, nankor qızlara və qadınlara demək istəyirəm ki, əgər evləndiyiniz o ərin qanunlarına tabe olmayacaqsınızsa, onların şərtlərinə cavab verməkdə zorluq çəkəcəksinizsə, o zaman, nə üçün evlənirdiniz? Nə üçün camaatın uşaqlarını bədbəxt edirdiniz? Əgər, siz qadınlar, həqiqətən də, azad yaşamaq istəyirsinizsə, onda, evlənməyin də! Evlənirsiniz: murdarlığınız ucbatından ya ərinizin evindən meyidiniz çıxır, ya da boşanaraq azyaşlı balalarınızı atasız, bir sözlə, yetim qoyursunuz.

Allah hər bir yaxşı bəyə elə onun özünə və adına layiq xanım bəxş etsin! Heç bir xeyiri və əxlaqı olmayan qadınlar isə tezliklə cəmiyyətimizin arasından yox olsunlar ki, az sayda namuslu bacılarımız da onlara bənzəyərək bədbəxt olmasınlar! Amin!

Bunu da sonda xüsusilə qeyd etmək istəyirəm ki, bu yazdıqlarım, əstəğfürullah, kimisə təhqir etmək üçün deyil, əksinə, millətimizin maariflənməsi, bəzi kişilərin gözünün açılması və bəzi qadınların isə düz yola qayıtmasına görədir!

Kişilər öz qadınlarının başının üzərində möhkəm dayansalar, qadınlar da ki, sosial şəbəkələrə daxil olmaq əvəzinə artıq şeyləri əbədiyyən tərk edib də öz növbələrində başlarını aşağı salaraq ev işləri və övladlarının tərbiyəsi ilə məşğul olsalar, xüsusilə də ki, ərlərinin namusunu və şərəfini mühafizə etsələr, hər şey daha da yaxşı olacaqdır, inşallah!

 

Ərtoğrul Mehdizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678