Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məhkəmənin sərbəst buraxdığı şəxsi polis yenidən saxlayıb? – DİN-dən açıqlama

81 Baxış

Sosial şəbəkələrdə oğurluğa görə şübhəli bilinən şəxsin görüntüləri müzakirəyə səbəb olub.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, jurnalist Nurlan Librenin məlumatına görə, Xətai rayon Məhkəməsi tərəfindən azadlığa buraxılan şəxs polis tərəfindən yenidən saxlanılıb.

Görüntülərlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin məsələ ilə əlaqədar araşdırma aparılır:

“Araşdırmaların ilkin nəticəsinə əsasən, iddiaların həqiqətə uyğun olmadığı müəyyən edilib. Tam nəticə barədə ətraflı məlumat veriləcək”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678