Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Alimdən xəbərdarlıq: Koronavirusa yoluxan hər kəs…

93 Baxış

Koronavirusun gedişi hətta yüngül formada olsa da, insanın qocalma prosesini əhəmiyyətli dərəcədə sürətləndirə bilər.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə “Vzqlyad” qəzetinə biokimya elmləri namizədi, biotexnoloq İlya Duxovlinov məlumat verib.

“Orqanizm genetik, metabolik və hormonal olaraq cavan qala bilər, lakin virusların təsiri altında ömür uzunluğu əhəmiyyətli dərəcədə azalır. Buna misal olaraq COVID-19-u göstərmək olar. Hətta xəstəliyin yüngül forması də qocalma prosesini əhəmiyyətli dərəcədə sürətləndirir”, – Duxovlinov vurğulayıb.

Mütəxəssisin fikrincə, bu, hormonal, nevroloji, kardioloji xəstəliklərə səbəb olan bir neçə faktor nəticəsində baş verir. Biotexnoloq əlavə edib ki, qocalma prosesinə zaman, kosmosda bir cismin mövcudluğu, eləcə də kainatın fiziki quruluşu da təsir edir.(Publika.az)

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678