Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yüksək vəzifə verilən Leyla Abdullayevadan ilk açıqlama

96 Baxış

Azərbaycan-Fransa münasibətlərinin inkişafına töhfə vermək üçün əlimdən gələni əsirgəməyəcəm.

Turanmedia.az xəbər verir ki, bu barədə bu gün Azərbaycanın Fransaya yeni təyin olunan səfiri Leyla Abdullayeva özünün tvitter hesabında deyib.

“Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyinata görə Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu yüksək etimadı doğrultmaq, Azərbaycan-Fransa münasibətlərinin inkişafına töhfə vermək üçün əlimdən gələni əsirgəməyəcəm”, – səfir qeyd edib.

Xatırladaq ki, Leyla Abdullayeva Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi idi.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678