Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Media insan hüquqları pozulmasına dair Ombudsmana şikayət verə biləcək

79 Baxış

İnsan hüquqlarının pozulmasına dair Ombudsmana şikayət verənlərin əhatə dairəsi genişlənir.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, bu, bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsində əksini tapıb.

Layihəyə əsasən, insan hüquqları pozulmuş şəxsin razılığı ilə media subyektləri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri də ombudsmana şikayət verə biləcək. İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.) isə şikayəti vətəndaş cəmiyyəti institutları razılıq almadan da verə biləcəklər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678