Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Erməni vandallığının izlərini silirik: Cəbrayıla işıq gəlir – VİDEO

289 Baxış

Azərbaycanın işğaldan azad edilən tarixi torpaqlarında quruculuq işlərinə başlanılıb.

Bu barədə sosial şəbəkələrdə videogörüntülər paylaşılıb. Videogörüntülərin işğaldan azad edilən Cəbrayıl rayonu yolunda çəkildiyi qeyd olunub.

“Azərişıq” ASC tərəfindən işğaldan azad olunan Cəbrayıl rayonuna yeni elektrik dirəkləri quraşdırılıb. Rayonun bir sıra kəndlərinə elektrik enerjisinin verilişi bərpa olunub.

Ermənilər Azərbaycan torpaqlarını tərk edərkən elektrik dirəklərini də yararsız hala salıblar. Lakin onlar nə edirsə-etsin, Azərbaycanın öz torpaqlarında infrastrukturu yenidən qurmaq üçün kifayət qədər gücü var. “Azərişıq” ASC-nin apardığı quruculuq işləri işğaldan azad edilən digər rayonlarımızda da davam etdiriləcək.

Xatırladaq ki, ötən gün Azərbaycana təhvil verilməli olan Kəlbəcər rayonunu tərk edən ermənilər şəhəri və kəndləri dağıdıb. Onların rayondakı elektrik dirəklərini belə sıradan çıxardıqlarına dair görüntülər sosial şəbəkələrdə paylaşılıb.  


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678