Zəfər Günü Bakıda bayram konserti və atəşfəşanlıq olacaq

89 Baxış

Bakı şəhərində Dənizkənarı Milli Parkda Zəfər Günü ilə bağlı noyabrın 8-də təşkil ediləcək bayram konsertinə hazırlıq işləri aparılır.

Turanmedia.az “Ölkə.az”-a istinadən xəbər verir ki, Milli Parkda yerləşən “Saat qülləsi” yaxınlığında konsertlə əlaqədar səhnə quraşdırılır.

Konsert proqramının noyabrın 8-də saat 19.00-da başlanacağı, saat 20.00-da isə atəşfəşanlığın olacağı bildirilib.