Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vasif Talıbov həbs olunan maliyyə nazirini vəzifəsindən azad etməyib?

85 Baxış

Son günlər Dövlət Təhlükəsizlik Xidmətinin Naxçıvan Muxtar Respublikasında keçirdiyi əməliyyatlar nəticəsində muxtar respublikanın bir sıra yüksək vəzifəli şəxsləri saxlanılaraq dindirilib. Artıq bir neçə nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Həbs olunanlar arasında muxtar respublikanın maliyyə naziri Rafael Əliyev də vardır.

Turanmedia.az xəbər verir ki, bu günlərdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.

Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Nazirin həbs edilməsindən sonra o, tutduğu vəzifədən azad edilməli idi.

TNS xəbər verir ki, muxtar respubladakı nazirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur.

Bəs Rafael Əliyev tutduğu vəzifədən azad edilibmi?

Bununla bağlı heç bir rəsmi informasiya yayılmadığından onun tutduğu vəzifədən azad edilib-edilmədiyini deyə bilmərik. Nazirin işdən çıxarılması ilə bağlı Vasif Talıbovun imzaladığı fərmanın (əgər belə bir fərman olubsa) ictimaiyyətə açıqlanmaması, Naxçıvanın rəsmi qəzetində dərc edilməməsi müəyyən suallar yaradır. Görəsən, Vasif Talıbov naziri tutduğu vəzifədən azad etməyib? Əgər Rafael Əliyev işdən çıxarılıbsa, bununla bağlı rəsmi sənəd ictimaiyyətə niyə açıqlanmayıb? Yoxsa, Vasif Talıbov dirəniş göstərir?

İnanırıq ki, ictimaiyyəti maraqlandıran bu sualların cavabını aidiyyəti orqanlar verəcəkdir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678