Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sakinlərlə səyyar görüşdə bəzi məqamlar üzə çıxdı

144 Baxış

Sakinlərlə səyyar görüşdə bəzi məqamlar üzə çıxdı.

 

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü şəhərin 9 N-li məktəbinin akt zalında keçirilib. Görüşdə Sabir,20 yanvar,A. Məmmədov,Şəhriyar və digər küçələrdə yaşayan sakinlər də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan başçı sakinlərə ölkədə və şəhərdə aparılan abadlıq-quruculuq işləri haqqında ətraflı məlumat verib. İlham İsmayılov, həmçinin indiyədək sakinlərlə keçirilən səyyar görüşlərdən sonra icra hakimiyyətinin tədbirlər planına əlavələr edildiyini, insanların arzu və istəklərinə uyğun layihələr gerçəkləşdirildiyini diqqətə çatdırıb. O, ölkə rəhbəri İlham Əliyevin tapşırığına müvafiq olaraq hər həftə reallaşdırılan belə səyyar görüşlərin şəhərin inkişafına, tərəqqisinə öz müsbət təsirini göstərdiyini vurğulayıb.

Şəhər icra hakimiyyətinin başçısı çıxışında daha sonra sakinlərə sərbəst mikrofondan istifadə edərək qarşılaşdıqları problemlərdən danışmağı, təklif və fikirlərini bildirməyi diqqətə çatdırıb.

Görüşdə sakinlər şəhərdə gedən işlərdən razılıq bildirsələr də yenə də nöqsanların olduğunu bildiriblər. Demək olar ki,sakinlərin bir çoxunun problemi eynidir.Zirzəmilərdə kanalizasiya xətlərinin bərbad vəziyyəti,zirzəmilərin zibillik içərisində olması,ağacların vaxtında budarlanmaması,binaların yağış novlarının yaxşı işləməməsi,və işsiz vətəndaşların işlə təmin olunmaları üçün müraciətləri dinlənilib. H.Əliyev 43,mənzil 3 yataqxananın sakini Həsənova Rəna 2 uşaqlı ana öz problemini dilə gətirərək bildirib ki,övladları ilə birlikdə yataqxananın koridorunda gecələyir.Məlum olub ki,yataqxanada öz otağı olub amma satıb. Bu məsələnin ciddi araşdırılması üçün başçı aidiyyəti üzrə öz tapşırıqlarını verdi və araşdırılıb nəticəsinin verilməsini istədi.

Sakinlər, həmçinin binalarda istilik sisteminə ciddi ehtiyac duyulduğunu xatırladıblar.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov deyilənləri diqqətlə dinləyərək, görüşdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə, eləcə də icra hakimiyyəti başçısı aparatının məsul şəxslərinə konkret tapşırıqlar verib. Eyni zamanda, məsələlərin yerndəcə həll olunmasınının vacibli¬yini xatırladıb.

Esmira Hidayətova,Mingəçevir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678