Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Bizimlə OL” layihəsinin ictimai-müzakirə hissəsi yekunlaşıb

162 Baxış

Mingəçevir, Bərdə, Ağdam, Tərtər və Beyləqan rayonlarında yaşayan tipik və məhdudiyyətli gənclər arasında sosial inklüzivliyin təmin olunmasına və inkişaf etdirilməsinə, məhdudiyyətli gənclərin cəmiyyətdə iştirakçılığının artırılmasına, gənclərin bilik, bacarıqlarının inkişaf etdirilməsinə, daxili potensiallarının üzə çıxarılmasına və gücləndirilməsinə fokuslanmış və ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Bizimlə OL” layihəsinin ictimai-müzakirə hissəsi yekunlaşıb.

Sentyabr və oktyabr aylarında həyata keçirilmiş ictimai-müzakirələrin əsas məqsədi icma üzvlərinə sosial inklüzivlik və inklüziv mühit barədə geniş məlumat vermək və qarşılıqlı müzakirə etmək idi. Müzakirələrdə əlilliyi olan şəxslər, onların valideyinləri, əlilliyi olan şəxslərlə çalışan müəllimlər və digər icma üzvləri olmaqla ümumilikdə 80 nəfər iştirak edib.

İcma üzvlərinə əlilliyi olan şəxslərlə etik davranış qaydaları, əlilliyi olan şəxslərə qarşı cəmiyyətdəki ayrı-seçkilik və streotiplər, əlilliyə aid olan sosial və tibbi yanaşmalar, inklüziv mühit barədə informativ məlumatlar verilib və fikir mübadiləsi aparılıb. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678