Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə iki məktəbə direktor təyin olundu

115 Baxış

Mingəçevirdə iki məktəbə direktor təyin olundu.

Turanmedia.az xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mingəçevir şəhər 10 və 16 saylı məktəblərə Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, direktor təyinatı olub. Hər iki müəllim direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanıblar. Onlardan 11 saylı tam orta məktəbdə biologiya müəllimi işləmiş Aygün Quliyeva 16 saylı məktəbə, 13 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini olmuş Yeganə Kərimova 10 saylı məktəbə direktor təyin olunublar. Hər iki müəllimə işlərində uğurlar arzulayırıq.

Esmira Hidayətova,Mingəçevir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678