Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir Dövlət Universitetinin tələbəsi “İlin könüllüsü” seçilib

118 Baxış

Mingəçevir Dövlət Universitetinin tələbəsi “İlin könüllüsü” seçilib.

Turanmedia.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu” keçirilib. Bakı Konqres Mərkəzində keçirilən Forum ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi ilə başlayıb. Bir sıra dövlət qurumlarının rəhbər şəxslərinin iştirak etdiyi 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə keçirilən Forumda gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib, könüllülərə fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTI) sədri Yusif Vəliyev tədbir iştirakçılarına AKTİ-nin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edək ki, həyata keçirilən fəaliyyətlərdə 500-ə yaxın layihədə on minlərlə gənc iştirak edib. Bu fəaliyyətlər ölkənin 65 şəhər və rayonunu əhatə edib. Daha sonra, müxtəlif sahələrdə könüllülərin fəaliyyətini əks etdirən video hesabatlar və “Azərbaycan Könüllüləri 2022-ci ildə” adlı hesabat jurnalı təqdim olunub.

Tədbir çərçivəsində il ərzində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş gənc könüllülər “İlin Könüllüsü” mükafatı ilə təltif olunub. Mükafatlandırılan könüllülər sırasında Mingəçevir Gənclər Evinin könüllüsü, Mingəçevir Dövlət Universitetinin tələbəsi Hikmət Qaffarov da olub. Mükafatlandırılan könüllülərin çıxışları ilə davam edən tədbirin yekununda Azərbaycan könüllüləri adından cənab Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

Qeyd edək ki, Hikmət Qaffarov eyni zamanda MDU Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun sədridir. Tələbəmizi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

Esmira Hidayətova,Mingəçevir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678