Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənilər İslam ölkələrini Azərbaycanı qınamağa ÇAĞIRDI

66 Baxış

Ermənilər müsəlman dünyasını Azərbaycanı qınamağa çağırıblar.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında hər gün azan səslənir. Azan Xankəndidə, eləcə də Ermənistanın sərhəd kəndlərində də eşidilir.

Ermənistanın Qeqarkunik rayonunun sərhəd kəndlərinin sakinləri azan eşitdiklərindən şikayətlənib və… “Müsəlman dünyasını buna görə Azərbaycanı qınamağa” çağırıblar. Onlar Azərbaycanı azan “terror”unda günahlandırıblar.

Qeyd edək ki, Rusiyanın oliqarx nökəri Ruben Vardanyan Rusiya televiziyasına müsahibəsində azan səsinin erməniləri narahat etdiyini, “rahat yaşamağa mane olduğunu” deyərək gileylənib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678