Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib

71 Baxış

Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərar imzalayıb.

Qərarla 2023-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 21, 22-si Ramazan bayramı, iyunun 28, 29-u Qurban bayramı günləri müəyyən edilib.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən nəzərdə tutulan günlər iş günü hesab edilmir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678