Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qızılgül çələngi ilə gündəmə gəlmiş keçmiş başçı yüksək vəzifəyə təyin oluna bilər

76 Baxış

Şagirdlərin qızılgül çələngi altından keçməsi ilə gündəmə gəlmiş Salyan rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimov yaxın vaxtlarda yüksək vəzifəyə təyin oluna bilər.

Turanmedia.az Demokrat.az-a istinadən xəbər verir ki,  bu barədə Tahir Kərimovun yaxın ətrafından məlumat daxil olub.

Məlumata görə, Tahir Kərimov yaxın vaxtlarda dövlət qurumlarından birində yüksək vəzifəyə gedəcəyini bildirib. Hətta, Tahir Kərimov yeni vəzifəyə gedəcəyi münasibətilə özünə yeni kostyum alıb.

Xəbəri dəqiqləşdirmək üçün Tahir Kərimov telefon zənglərimizə cavab verməyib.

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678