Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“HaberGlobal” Ümummilli lider Heydər Əliyevlə bağlı süjet hazırlayıb

61 Baxış

Türkiyənin “HaberGlobal” televiziyası müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı süjet hazırlayıb.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, süjetdə Ulu öndərin hakimiyyətdə olduğu dövrdə gördüyü işlərdən bəhs olunub.

Qeyd edilib ki, 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan çiçəklənməyə başlayıb. Vurğulanıb ki, dahi siyasətçi ölkə iqtisadiyyatını düzgün istiqamətə yönləndirib, “Əsrin müqaviləsi”nin imzalanmasına nail olub, həmin vaxtdan sonra ölkə iqtisadiyyatına xarici investisiya cəlb edilib.

Süjetdə həmçinin Ulu öndərin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 illik həsrətdən sonra Qarabağın işğaldan azad edildiyindən də bəhs olunub. Bununla da Heydər Əliyevin Şuşa vəsiyyətinin gerçəkləşdiyi diqqətə çatdırılıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678