Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ulu Öndərin xatirəsi anılıb

120 Baxış

Ulu Öndərin xatirəsi anılıb

Turanmedia.az xəbər verir ki, Mingəçevir Dövlət Universiteti (MDU) və YAP Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Liderin anım gününə həsr olunan “Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişaf konsepsiyasının banisidir” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda şəhər partiya təşkilatının nümayəndələri, universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Əvvəlcə, Ulu Öndərin abidəsinin qarşısına gül dəstələri düzülüb. Sonra, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov və YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev çıxış ediblər. Açılış nitqlərindən sonra “Böyük lider Heydər Əliyevin həyat yolu” adlı videoçarx nümayiş etdirilib.

 

Rektor müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin qədirbilən xalqımız tərəfindən hər zaman dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyini bildirib. Ümummilli Liderin ömrünü xalqın firavan gələcəyinə həsr etdiyini qeyd edən Ş.Bayramov görkəmli siyasi və dövlət xadiminin respublikamıza rəhbərlik etdiyi bütün illəri Azərbaycan tarixində qızıl dövr kimi xarakterizə edib. Bildirib ki, Ulu Öndər Azərbaycanın müstəqilliyinin xilası, qorunması və möhkəmləndirilməsi naminə misilsiz xidmətlər göstərərək hələ sağlığında xalqımızın qəlbində əbədi heykəlini ucaldıb. Azərbaycanın müstəqilliyinin dönməz və əbədi xarakter alması, dünyada öz layiqli yerini tutması, tarixi Zəfər qazanması, ərazi bütövlüyünü təmin etməsi və hazırda yeni geosiyasi reallıqlar yaradan qüdrətli dövlətə çevrilməsi Ulu Öndərin müəllifi olduğu milli maraqlara əsaslanan hərtərəfli inkişaf strategiyasının təntənəsidir. Azərbaycanın günü-gündən çiçəkləndiyini qeyd edən rektor hazırda Heydər Əiyev siyasətinin yeni dövrün tələblərinə uyğun uğurla davam etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, xalqımızın milli sərvəti hesab edilən Heydər Əliyevin zəngin və çoxşaxəli irsi bundan sonra da Azərbaycanın nəhəng uğurlar və möhtəşəm nailiyyətlər qazanmasına zəmin yaradacaqdır.

Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

Esmira Hidayətova,Mingəçevir

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678