Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Komitə sədri: “Sülhməramlılar aksiya iştirakçılarının tələblərini təcili yerinə yetirməlidirlər”

66 Baxış

Azərbaycan əraziləridəki sərvətlərimizin qanunsuz olaraq talanmasının qarşısını alıb, ciddi tədbirlər görməsi haqqıdır və kimsə buna mane ola bilməz.

Turanmedia.az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə sədrinin sözlərinə görə, bu gün Rusiya sülhməramlılarının nəzarətində olan Qarabağdakı separatçılar oradakı yeraltı faydalı əlvan metal və filiz yataqlarını qanunsuz olaraq istismar edib, Azərbaycan ekosisteminə ziyan vurmaqla xarici ölkələrə daşımaqla məşğuldur.

“Azərbaycan tərəfinin həmin ərazilərdə monitorinq keçirilməsinə isə imkan verilmir və “sülhməramlılar” üzərilərinə düşən vəzifəni icra edib, buna şərait yaratmırlar. Ona görə də Azərbaycanın vətəndaş cəmiyyətinin, media nümayəndələri, ekoaktivistlər baş verənlərə etiraz olaraq konstitusion hüquqlarından istifadə edərək aksiya keçirirlər. Onların bu aksiyası bütün Azərbaycan cəmiyyəti tərəfindən təqdir olunur və dəstəklənir. Onların məqsədi Azərbaycan dövlətinin müvafiq qurumlarının separatçıların qanunsuz istismar etdikləri yataqlara buraxılıb, monitorinq aparılmasına, həmin ərazilərə dəyən ekoloji ziyanın dəyərinin ölçülməsinə və bunun qarşısının alınmasına şəraitin yaradılmasıdır”, – o qeyd edib.

Deputat təəssüf hissi ilə qeyd edib ki, Rusiya sülhməramlıları statuslarına uyğun olaraq yenə də üzərlərinə düşən vəzifəni icra edib, aksiya iştirakçılarının tələblərinə hələ də müsbət reaksiya verməyiblər: “Onlar daha çox statuslarından kənar fəaliyyətlə məşğuldurlar. Ümumiyyətlə, sülhməramlılar bölgəyə gəldiyi gündən öz vəzifələrini icra etməyib və hətta Azərbaycan Prezidenti cənab İlham Əliyev onların fəaliyyətini kəskin tənqid edib. Hətta onların bu fəaliyyətini Putinlə görüşündə onun diqqətinə çatdırıb. Lakin yenə də sülhməramlılar öz çirkin niyyətlərini həyata keçirməkdədirlər. Sülhməramlılar mütləq aksiya iştirakçılarının tələblərinin reallaşmasını təcili yerinə yetirməlidirlər. Əks təqdirdə Azərbaycan bununla bağlı ciddi tədbir görməli ola bilər. Odur ki, nə qədər gec deyil, sülhməramlılar bundan nəticə çıxarıb, statuslarına uyğun fəaliyyət göstərməlidir. Tələb edirik ki, sülhməramlıların komandanlığı ən qısa zamanda aksiya iştirakçılarının tələbini yerinə yetirərək, Azərbaycanın müvafiq dövlət qurumlarının qanunsuz istismar olunan yataqlarda monitorinqinə şərait yaratmalıdır”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678