Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Laçın dəhlizi ilə bağlı haray salan ermənilərə sillə kimi cavab: “Nə üçün Naxçıvan 30 ildir blokadada yaşayır?”

63 Baxış

Qondarma Artsax Respublikasının qondarma ombudsmanı Artak Beglaryan öz “Telegram” səhifəsində qızı ilə dialoqunu paylaşıb. O, yazır:

“Bir neçə gün əvvəl təhsil və iş tədbirləri üçün İrəvana gəldim. 4,5 yaşlı qızım Nanaya söz verdim ki, bu gün evə qayıdacağam. Mən vədlərimə, xüsusən də ona verdiyim sözlərə əməl etmək üçün əlimdən gələni edirəm. Bu gün telefonla danışdıq, qayıda bilməyəcəyimi deyəndə ağlamağa başladı və niyə sözümü tutmadığımı soruşdu.

Mən cavabladım:

-Azərbaycanlılar yolu bağlayıblar ki, siz və sizin kimi uşaqlar ağlasın, bir-birimiz üçün çox darıxaq.

“Biz onları döyməli və qovmalıyıq” – deyə Nana qətiyyətlə cavab verdi.

Həyatda mənim ürəyim həsrətin ağır təzyiqi altında bərk sərtləşib, amma bu şəraitdə, indiki həsrət müstəsna məsuliyyət hissləri ilə doludur”.

Erməni ombudsmanın növbəti şousu Birləşmiş Millətlər Təşkilatının İrəvan ofisinin qarşısında piket keçirmək və müxtəlif kanallar vasitəsilə dünyaya müraicət etməklə davam edir. Son üç gündə erməni “Telegram” kanallarında Azərbaycan əleyhinə kampaniyaların başlaması, erməni qadınların və uşaqlarının müxtəlif səviyyələrdə video müraciətlərinin təşkil edilməsi, Amerika Səfirliyinin Laçın dəhlizində azərbaycanlı eko-könüllülərin aksiya keçirməsinə və müraciətinə biganə yanaşması bizi düşünməyə vadar etməlidir. Nə üçün Amerika Birləşmiş Ştatları erməni şoularını belə ciddi qəbul edir və Azərbaycanın haqq səsini dinləmək istəmir? Əgər bu şoular dünya ictimaiyyəti üçün belə əhəmiyyətlidirsə, onda mən şou yox, real vəziyyətlə bağlı bir ana və bir sivil vətəndaş kimi beynəlxalq qurumlara və səfirliklərə müraciət edirəm.

Nə üçün Naxçıvan 30 ildir blokadadadır? Nə üçün Naxçıvanı Azərbaycana bağlayan tarixi Zəngəzur ərazisi Ermənistanın işğalı altında qalmalıdır? Nə üçün Naxçıvan sakinləri Azərbaycanın əsas hissəsi ilə əlaqələrini düşmən dövlətin hava məkanından və ya quru yolla İran ərazisindən keçməklə qurmalıdırlar? Nə üçün biz öz əzizlərimizdən və sevdiklərimizdən ayrı qalmalıyıq?

Qondarma Artsax Respublikasının qondarma ombudsmanı üç gündür, qızını görə bilməməyi bəhanə edib, saxta göz yaşları tökməklə dünya dövlətlərindən imdad dilənir, lakin 30 illik blokada zülmü çəkən insanların çəkdiyi əziyyət, on illərlə qaz və işıq olmadan yaşama tutunmaları dünya dövlətlərinin diqqətindən yayınır.

Əgər hay-küy qoparmaq dünyada siyasi gedişatı dəyişəcəksə, onda beynəlxalq sülhü, tolerantlığı, insan hüquq və azadlıqlarını dəstəkləyən beynəlxalq təşkilatlar mənim də səsimi eşitsin, mənim də səsimi dinləsinlər.

Birləşmiş Millətlər Təşkilatının İrəvan ofisinin əməkdaşlarından xahiş edirəm ki, tarix kitablarını oxusunlar, dünya xəritəsinə baxsınlar, rəsmi arxiv sənədlələrinə müraciət etsinlər ki, haradır Azərbaycan? Birləşmiş Millətlətlər Təşkilatı ona üzv olan dövlətlərin ərazi bütövlüyünü və suverenliyini tanımalı və dəstəkləməlidir axı!

Elə isə kimi kimin torpağından qovursunuz? Azərbaycan öz tarixi torpaqlarının hakimi olmalıdır, ermənilər isə Azərbaycan ərazisində hüquqları bərabər və toxunulmaz Azərbaycan vətəndaşı olaraq qala bilərlər.

İnsanların harada doğulması və böyüməsi onun doğulduğu ərazini işğal edib saxta dövlət qura bilməsinə bəraət qazandıra bilməz!

XX əsrin əvvəllərində Rusiyanın “parçala, hökm sür!” ideologiyasının yerlərdə icrasının nəticəsi olaraq, ermənilərin Qarabağ ərazilərinə köçürülməsi gələcəkdə Azərbaycanı parçalamaq planı ilə bağlı idi. Əvvəlcədən planlaşdırılmış siyasətin davamı kimi, bu gün Azərbaycan əhalisinin 0,1 faizinin erməni olmasını nəzərə alsaq belə, sivil dünyamızın qanunları onlara ikinci Ermənistan dövləti yaratmaq arzusunu reallaşdırmağa əsas vermir!

Əgər belədirsə, İranın 80 milyonluq əhalisinin 47 milyonunun türk olmasını və onların həmin ərazilərdə yüz illərlə yaşamasını nəzərə alıb yeni bir Türk dövləti qurması fikri alqışlanmalı və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməlidir.

Dünya beynəlxalq təşkilatların qanunları və dünyaya qoyduğu nizamla idarə olunacaqsa, xalqlar və dövlətlər arasında irqi, dini, milli ayrıseçkilk qoyulmamalı, qanunlar hər şeydən üstün olmalıdır.

Azərbaycanın isə bu haqq savaşında öz tarixi torpaqlarını, təbii ehtiyatlarını, tarixi yaddaşını düşmənə təslim etmək fikri yoxdur.

Mən isə müraciətimlə bağlı beynəlxalq təşkilatlardan cavab gözləyirəm: Naxçıvanın Azərbaycanla quru sərhəddi nə vaxt bərpa olunacaq? Nə vaxt Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı məsələyə ciddi yanaşıb Ermənistanın haqsız ittihamlarına cavab verəcək?

Cavab isə çox sadədir: Zəngəzur dəhlizi açılmayınca, Naxçıvanın Azərbaycanla quru sərhəddi bərpa olunmayınca, Laçın dəhlizi üçüncü dövlətlərin siyasi maraqlarının qurbanı ola bilməz!

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678