Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Oruc Zalov təqaüdə göndərildi, yerinə o təyin edildi

106 Baxış

Daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov vəzifəsindən azad olunub.

Turanmedia.az xəbər verir ki, bu barədə Bakupost.az-a bunu DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, general xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov isə Oruc Zalovun yerinə təyinat alıb.

Qeyd edək ki, bir neçə gün əvvəl 70 yaşı tamam olan və Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Oruc Zalov 1998-ci ildən daxili işlər nazirinin müavini vəzifəsində çalışırdı.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678