Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən müharibəsi şəhidinin atası vəfat etdi

65 Baxış

Vətən müharibəsi şəhidi Toğrul Hacıyevin atası vəfat edib.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, şəhidin atası Siyavşah Hacıyev yaşadığı Göyçay rayonunda dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

Qeyd edək ki, 1991-ci ildə Göyçayın Çayarxı kəndində anadan olan Toğrul Siyavşah oğlu Hacıyev 2020-ci il oktyabrın 25-də Xocavənd döyüşləri zamanı şəhid olub. 2 azyaşlı atası olan şəhid Göyçay rayonunda dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678