Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Su hövzələrinin biomuxtəlifliyinin zənginləşdirilməsində şagirdlərin rolu” layihəsinin açılış tədbiri keçirildi

197 Baxış

20 dekabr 2022 ci ildə Azərbaycan Elm və Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar uzrə VI Qrant musabiqəsinin qalibi Mingəçevir şəhər N.Ahəngari adına 13 nomrəli tam orta məktəbin Biologiya muəllimi Səlminə Yusibovanın “Su hövzələrinin biomuxtəlifliyinin zənginləşdirilməsində şagirdlərin rolu” layihəsinin açılış tədbiri keçirildi.

Turanmedia.az xəbər verir ki, açılış tədbirində Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə Təhsil sektorunun müdiri Sevinc Həsənova, layihənin koordinatoru Etiram Sadıqzadə, şəhərin məktəb direktorları, təqaüddə olan bioloqlar, layihədə iştirakçı şagirdlər və məktəbin pedaqoji kollektivi və media numayəndələri iştirak etmişdir.

Layihədə məqsəd yetişməkdə olan gənc nəslin olkəmizin təbiətinin,biomuxtəlifliyinin zənginləşməsində yaxından iştirakı su hövzələrinin gələcək nəslə daha məhsuldar şəkildə çatması,balıq və balıq məhsullarının daha da bol olması,şagirdərin respublikamızın faunasınn zənginləşdirilməsində aktiv iştirakıdır. Layihənin icra muddəti 8 aydır dekabr 2022,iyul 2023. 50 nəfər 7-11-ci sinif şagirdlərinin iştirak edəcəyi layihədə iki ay şagirdlərə həftədə bir dəfə Azərbaycanın təbii sərvətləri,balıq məhsullarının qida sənayesində rolu,vətəqə əhəmiyyətli balıqlar,Azərbaycanda yaradılan balıqartırma zavodları, su hovzələrinin bu gunku vəziyyəti movzularında təlim keşiriəcək. 4 dəfə ekskursiya təşkil ediləcək, muəyyən olunmuş ərazidə balıq körfəzlərinin su hövzələrinə buraxılması və iki ay muddətində yemlənməsi həyata keçiriləcək. Sonda 40-50 nəfərlik Azərbaycanın zəngin təbiətinin daha da zəngiləşməsində rolu olacaq komanda yaranacaq. Bu şagirdlər gəlcəkdə hər hansı qanunsuzluqlara qarşı mübariz bir nəsil kimi formalaşacaqlar.

Hörmətlə,

Etiram Sadıqzadə

“Gələcək Gənclərlə Gələcək” Gənclər İctimai Birliyinin sədri

Mingəçevir Regional Debat Mərkəzinin sədri


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678