Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Fuad Nəcəflini olduqca çətin və şərəfli bir missiya gözləyir”

84 Baxış

Xəbər verildiyi kimi, bu gün Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. Daha əvvəl özəl sektorda bir sıra vəzifələrdə çalışan F. Nəcəflinin 1975-ci ildə Naxçıvanın Şahbuz rayonunun Kolanı kəndindində anadan olduğu bildirilir.

Qeyd edək ki, F. Nəcəflinin həmkəndlisi, tanınmış jurnalist, Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü Prezidentin sözügedən təyinatı ilə bağlı öz “Facebook” hesabından paylaşım edib:

“Jurnalist dostlarımızın çoxsaylı sorğusuna cavab olaraq, bidirirəm ki, Fuad Nəcəfli bizim dogma Kolanı kənd məktəbinin layiqli yetirmələrindəndir. Çox gözəl, olduqca tərbiyəli bir ailədə doğulub, böyüyüb, təmiz və dürüst, hər hansı siyasi oyunlarda iştirak etməyən, adı hər hansı rüşvət və korrupsiya qalmaqallarında hallanmayan, yüksək ixtisaslı, bacarıqlı bir kadrdır. Zəngin daxili mədəniyyəti, kübar davranışlarıyla həmişə seçilib, fərqlənib”.

E. Şükürlü əminliklə vurgulayıb ki, Fuad Nəcəfli ona göstərilən yüksək etimadı layiqincə doğruldaraq, nümunəvi davranışları, şəffaf və dürüst fəaliyyəti ilə Şahbuzun və bütövlükdə Naxçıvanın əzəmətli adına hörmət gətirən parlaq simalardan biri olacaq.Elxan Şükürlünün sözlərinə görə, bu təyinat cəmiyyətə həm də o mesajı verir ki, Azərbaycan dövlətçiliyinin beşiyi sayılan Naxçıvanın adını batıran idbar sifətlilərdən, mafiyalaşmış tayfa-klan sistemindən birdəfəlik qurtulması prosesinə başlanacaq: “Fuad Nəcəflini olduqca çətin, ağır, ancaq həm də şərəfli bir missiya gözləyir. O, yaxşı anlayır ki, xalqa yaxın olduqca, xalq da dağ olub onun arxasında duracaq, onu bütün çətinliklərdən və təzyiqlərdən qoruyacaq!

Onu təbrik edir, bütün Naxçıvan camaatı üçün “Xeyrli, uğurlu olsun!” deyirəm. Allah onu da, onu təyin edəni də, illərdir əziyyət çəkən camaatımızı da məyus etməsin!”(AzPolitika.info)

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678