Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şərurdakı “Kosmos” vandalizmi… – FOTO

75 Baxış

Şəkildə gördüyünüz “Kosmos” adlı bu restoran hələ SSRİ dönəmindən fəaliyyət göstərib. İndi isə yerlə-yeksan edilib. Rayonun çox mənzərəli yerində tikildiyi üçün, gümbəzlərdə oturanda bütün rayon demək olar ki, “ayağının altında qalırdı”. Bir tərəfdən də gözəl Arpaçayın çılğın səsli axışını seyr edirdin. Sonradan Naxçıvandakı hakim ailənin nəzarətinə keçən bu restoranın profilini dəyişib, “Çay evi” etdilər.

Ətrafındakı bir hektar yeri də özəlləşdirib, restoranın balansına saldılar. Ardınca qərara gəliblər ki, elə bu yer “Bayraq meydanı”nın tikintisi üçün ən “ideal” ərazidir. Həmin yeri dövlətə “satmaq” adı ilə rəsmiləşdirib külli miqdarda kompensasiya alıblar. Yəni pulu bir cibdən götürüb, digər cibə qoymaqla qazanc əldə ediblər.

Nəticədə böyük bir rayonun mədəni irsini özündə əks etdirən tarixi bina rəhm edilmədən elə tarixin özündən vandalcasına silinib. Baxmayaraq ki, ondan bir qədər aralıda, heç xərc çəkmədən “Bayraq meydanı” üçün daha hündür və əlverişli yer vardı. Gərək bu korrupsiya layihəsini rəzmiləşdirmək üçün mütləq “Kosmos” qurban getməliydi?

Şərur camaatı bunu Ağdamda dağıdılan məşhur “Çay evi”nin binası ilə müqayisə edir. Ancaq deyirlər ki, Ağdamdakı “Çay evi” işğalda olduğu üçün, ermənilər tərəfindən dağıdıldı. Naxçıvan axı ermənilərin işğalında deyildisə, “Kosmos”la niyə belə rəftar edildi? Rayon sakinlərinə təsəlli olması üçün, həmin restoranı elə köhnə dizayna uyğun , əvvəlki yerində tikmək lazımdır!

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678