Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zaqatalada 28 yaşlı gənc özünü necə güllələdi? – TƏFƏRRÜAT

79 Baxış

Zaqatalada özünü güllələyən oğlanla bağlı bəzi məlumatlar ortaya çıxıb.

Turanmedia.az-ın APA-ya istinadən məlumatına görə, ötən gün axşam saatlarında rayonun Lahıc kənd sakini 1994-cü il təvəllüdlü Cavidan Murad oğlu Muradov qardaşı və dostu ilə birlikdə “Muravey” markalı mopedlə kəndin inzibati ərazisindəki meşəlik sahədəki şəxsi təsərrüfatına işləməyə gedib.

Hadisə baş verən zaman Cavidan Muradov mopedi idarə edirmiş və o, əlində tutduğu silahla ehtiyatsız davranıb. Nəticədə silahdan açılan atəş onun baş nahiyəsində ciddi zədəyə səbəb olub.

Cavidan Muradov aldığı güllə yarasından hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678