Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğandan növbəti Ukrayna açıqlaması

68 Baxış

Ərzaq müqaviləsi çərçivəsində Ukraynadan 16 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bizim açdığımız dəhliz sayəsində 16 milyon tondan çox taxıl və taxıl məhsulları Ukrayna limanlarını tərk edərək bütün dünyaya çatdırılıb”, – Ərdoğan bildirib.

Qeyd edək ki, ötən ilin iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan taxıl sazişi Odessa da daxil olmaqla, üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678