10 minlərlə insanın həyatını xilas edən “saxtakar”

17 Baxış

Saxta şəxsiyyət vəsiqəsi ilə 10 minlərlə insanı xilas edən Adolfo Kaminski 97 yaşında vəfat edib.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, Argentina əsilli fransız Adolfo Kaminski İkinci Dünya Müharibəsində hazırladığı sənədlərlə 14 mindən çox yəhudinin həyatını xilas edib.

Kaminski bu “xilaskarlıq” missiyasını Fransada müstəqillik uğrunda mübarizədə Əlcəzairlilər, İspaniyada faşist diktator Frankoya qarşı döyüşmək istəyən amerikalı inqilabçılar, Cənubi Afrikadakı fəallar, Vyetnam müharibəsindən qaçmağa çalışan ABŞ fərariləri üçün sənədlər hazırlamaqla davam etdirib.

O, bu xidmətlərə görə heç bir ödəniş almayıb. Bu işi pul üçün yox, prinsipiallıq üçün gördüyünü bildirib.

“Holokost mənə hər sənədin “bir insan həyatının və ya ölümünün” olduğunu öyrədib”,- Kaminski deyib.

Doğulduğu andan Argentina pasportuna sahib olan Kaminski 4 yaşında olanda ailəsi Fransaya qayıdıb. 1940-cı ildə alman işğalı zamanı Normandiyada yaşayıb. Çox ağır vəziyyətdə olan yəhudilər pis şəraitdə aclıqla mübarizə apararkən, Kaminski də ailəsi üçün boyaqxanada şagird işləyib. Saxta sənədlər hazırlamağı da burada öyrənib və qazandığı kimya bilikləri sayəsində dünya tarixində sözün əsl mənasında iz qoyub.

Onun haqqında 2009-cu ildə qızı tərəfindən “Adolfo Kaminski: Bir saxtakarın həyatı” adlı kitab yazılıb.