Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İrəvan dayanmır: Hindistandan yeni komplekslər alır

86 Baxış

Ermənistan Hindistanın orta mənzilli MRSAM zenit-raket komplekslərinin alınmasını nəzərdən keçirir.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.

Məlumata görə, İrəvan bununla öz arsenalında olan sovet istehsalı S-125 “Peçora” hava hücumundan müdafiə sistemlərini əvəz etmək istəyir.

Bildirilib ki, Ermənistan tərəfi bu sistemlərin alınması ilə bağlı sorğu göndərib, Hindistan da öz növbəsində öz istehsalı olan “Akash” və “Akash-NG” sistemlərini təklif edib.

“Məsələ burasındadır ki, MRSAM hava hücumundan müdafiə sistemləri Hindistanda istehsal olunsa da, bəzi texnologiyaları İsraildən alınıb. Amma Yeni Dehli bu silahların ixracı ilə bağlı heç bir məhdudiyyətə malik deyil. Bu sövdələşmə onunla əlamətdar olacaq ki, Ermənistanın əsas rəqibi olan Azərbaycan da İsrailin təchizatından asılıdır. Bakı “Barak-8” hava hücumundan müdafiə sistemləri ilə silahlanıb”, – məlumatda qeyd olunub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678