Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistan hakimiyyətində “yarpaq tökümü”: XİN rəhbərinin müavini də işdən çıxarıldı

295 Baxış

Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Koçaryan vəzifəsindən azad olunub.

Bu barədə “Sputnik” xəbər yayıb.

Qeyd edək ki, Koçaryan 2008-ci ildən bu vəzifədə idi. O, nazir müavini olaraq əsasən Qarabağla bağlı məsələlərlə məşğul olurdu.

Xatırladaq ki, bundan əvvəl Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin polkovnik-leytenantı Aşot Taşçyan istefa verib, həmçinin, Daxili İşlər nazirinin müavini vəzifəsini müvəqqəti icra edən Qurgen Dallakyan, Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyi Hərbi Sənaye Komitəsinin sədri Artak Davtyan vəzifəsindən azad edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678