Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bir gün hakimiyyət deyəcək ki, bizə Rusiya səfirliyi lazım deyil – Baqratyan

67 Baxış

Rusiya ilə münasibətlər hesabına Qərblə münasibətləri inkişaf etdirmək niyə lazımdır? Yoxsa bu, Qərbin tələbidir? Bir gün hakimiyyət deyəcək ki, Ermənistana Rusiya səfirliyi lazım deyil.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

O əmindir ki, Qərb İrəvanı Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa çağırır.

“KTMT yardım, o cümlədən silah təklif etdi, lakin Paşinyan bundan imtina etdi və KTMT-nin Ermənistana kömək etmədiyi təbliğatını aparır. Moskva Ermənistana deyir: Hakimiyyət haqlıdırsa, niyə Ermənistanın KTMT-dən çıxması təşəbbüsü ilə çıxış etmirlər? Həm Fransa, həm də ABŞ Ermənistana xəbərdarlıq edib ki, bu təşkilatdan çıxmasın. Çünki onlar Ermənistana kömək etməyəcəklərini etiraf etdilər”, – deyə Baqratyan vurğulayıb.

O hesab edir ki, Aİ müşahidəçiləri heç nəyə təsir edə bilməyəcəklər.

“Ruslara əmanət etdiyimiz Laçına müşahidəçilər gedəcək. Tutaq ki, onlar bəyan etdilər Azərbaycan dəhlizi bağlayıb. Guya onda nə olacaq? Paşinyan Qərblə ruslar arasında toqquşma yaratmaq istəyir?”, – deyə eks-baş nazir fikrini tamamlayıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678