Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədəki zəlzələlərdən sonra afterşoklar aylarla davam edə bilər – Rəsmi

175 Baxış

“Türkiyədə maqnitudası 5-dən yuxarı 80-ə qədər yeraltı təkanlar baş verib. Proses davam edir”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, Professor Qurban Yetirmişli Türkiyədəki zəlzələlərlə bağlı keçirilən mətbuat konfransında deyib.

“Tektonik qırılma boyu parçalanmalar gedir və bu səthdə silkələnmələrə səbəb olur.

Ola bilsin ki, bu afterşoklar güclü zəlzələlərdən sonra aylarla davam etsin. Təcrübəmə əsasən deyə bilərəm ki, bundan sonra 7.4 və ya 7.8 baldan yuxarı zəlzələlərin olma ehtimalı çox aşağıdır”,- deyə o bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678