Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədəki güclü zəlzələ qonşu ölkələrə də sirayət etdi: Suriyada 574 nəfər öldü

88 Baxış

Zəlzələ nəticəsində Suriyada həyatını itirənlərin sayı 574-ə çatıb.

Turanmedia.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, Hələb, Tartus, Həma və Lazkiyada hiss edilən 7,7 maqnitudalı zəlzələdə 371 nəfər ölüb, 1089 nəfər yaralanıb. Suriyalı müxalifətçilərin nəzarətində olan bölgələrdə isə 203 nəfərin zəlzələ nəticəsində öldüyü, yüzlərlə sakinin yaralandığı bildirilir.

Zəlzələnin hiss edildiyi başqa bir ölkə – Livanın daxili işlər naziri Besam Mevlevinin sözlərinə görə isə ölkədə təbii fəlakət nəticəsində insan itkisi qeydə alınmayıb. O bildirib ki, bir neçə binada çat yaranıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678